Yuxarı

Bu ərazilərdə qar yağır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilərdə qar yağır

Dekabrın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, dekabrın 08-i saat 11:00-a olan məlumata əsasən ölkənin bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır.

Qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda (Laza) 2 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub.

Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib.

Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 9-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Tarix
2024.12.08 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla