Yuxarı

Bu yolda “Sürətli keçid kartı”nın tətbiqinə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli keçid kartı”nın tətbiqinə başlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, kartı yolun 44.5-ci kilometrində (yanacaq doldurma məntəqəsi) yerləşən satış məntəqəsindən, eyni zamanda Quba və Xudat-Qusar (yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqələrindən, həmçinin Bakıdakı 2,5,6 və 7 saylı, Sumqayıt 2 saylı və Quba "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkündür.

Hazırda yoldan həm “Sürətli keçid kartı” ilə, eyni zamanda keçid məntəqələrində bank kartı ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkündür. Lakin bir müddətdən sonra ödənişli yoldan yalnız kart sahiblərinin istifadə etməsi nəzərdə tutulur. Odur ki, sürücülərdən ödənişli yoldan istifadə zamanı gələcəkdə problemlə qarşılaşmamaq üçün öncədən kartı əldə etmələri xahiş olunur.

Tarix
2024.12.18 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ona bir neçə mesaj göndərmək istərdim - Əliyev

Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə olub, amma indi…

Fransa Ermənistanda “müdafiə çətiri” yaradır

300 min azərbaycanlı İrəvandan cavab gözləyir

Rusiya ilə NATO arasında müharibə... - İlham Əliyev

Bu silahlar Azərbaycan üçün təhlükə yaradır

Həmin oyun qaydaları bu gün artıq işləmir - Prezident

Dünyada ikinci belə ölkə yoxdur - Əliyev

Buna nə Azərbaycanda, nə də Rusiyada şübhə yoxdur

İlham Əliyev Qətər əmirini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla