Yuxarı

"Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nar"ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi

"Nar"ın tərəfdaş qismində çıxış etdiyi “Media Savadlılığı” həftəsi çərçivəsində “Media Savadlılığı” konfransı təşkil edildi. Konfransın əsas məqsədi media savadlılığının əhəmiyyətini vurğulamaq, beynəlxalq təcrübələri paylaşmaq və həssas sosial qrupların, xüsusən gənclərin bu sahədə bilik və bacarıqlarını təkmilləşdirmək idi.

Konfransda iştirak edən yerli və beynəlxalq media ekspertləri, özəl şirkət və dövlət qurumlarının nümayəndələri, elmi tədqiqatçılar və vətəndaş cəmiyyəti nümayəndələri panel müzakirələrində yalan və manipulyasiya məqsədli məlumatlardan qorunma, fakt yoxlama texnikalarının tətbiqi və rəqəmsal məkanlarda məsuliyyətli davranış kimi media savadlılığının çoxşaxəli aspektlərini ön plana çəkdi.

"Nar" sərfəli mobil operator olmaqla yanaşı, eləcə də korporativ sosial məsuliyyət strategiyası çərçivəsində media savadlılığının artırılması və cəmiyyətin məsuliyyətli informasiya istifadəsinin təşviq olunması istiqamətində örnək dəstək nümayiş etdirir. Mobil operatorun bu təşəbbüsü cəmiyyətin informasiya mənbələri ilə səmərəli əlaqəsinin təbliğinə töhfə verir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2024.12.19 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla