Yuxarı

Mobil şəbəkə operatorları adından dələduzluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mobil şəbəkə operatorları adından dələduzluq

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından zənglər edilərək dələduzluq həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

"Belə ki, mobil internet sürətinin artırılması və 5G texnologiyasına keçidlə bağlı vədlər verilərək Vatsap tətbiqi üzərindən müəyyən təlimatlar göndərilir.

Təlimatlarda vətəndaşlardan telefonun tənzimləmələrində "naməlum mənbələrdən olan tətbiqlərin quraşdırılmasına" icazə verilməsi və daha sonra göndərilən zərərli faylın quraşdırılması tələb olunur.

Təlimatlara əməl etdikdən sonra telefonun idarəetməsi tam şəkildə kiberdələduzların əlinə keçir. Nəticədə bank kartlarında olan vəsaitlər və ayrılmış kredit xəttindəki maliyyə vəsaitləri digər hesablara köçürülərək mənimsənilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, tanımadıqları nömrələrdən cihazın parametrinin dəyişməsi ilə bağlı təklifləri qəbul etməməyi, şübhəli keçidlərə daxil olaraq bilinməyən məzmunları yükləməməyi, rəsmi məlumatı aidiyyatı operatorun özündən dəqiqləşdirməyi, tövsiyə edir", - qurumdan bildirilib.

Tarix
2024.12.20 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla