Yuxarı

Təyyarə qəzasında xəsarət alanların son durumu... - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində xəsarət alan və ötən gün Bakıya gətirilən yaralıların ilkin müayinləri aparılıb, vəziyyətləri qənaətbəxşdir.

Axar.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Yeni Klinikada müalicəsi davam edən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə Qazaxıstanda müalicəsi davam edən 3 nəfərin vəziyyəti orta ağırdır:

"Həmin şəxslərin müalicəsi daim nəzarət altındadır. Bakıdan oraya həkim və tibb bacısı qrupu göndəriləcək".

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Tarix
2024.12.27 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq - Foto

Rusiya gizlətməyə çalışır – məsələyə Türkiyə qarışdı

Quterreşin müavini Azərbaycana başsağlığı verdi

Dubaydan Moskvaya uçan təyyarə Bakıya eniş etdi - Təcili

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Qardaş Azərbaycanın yanındayıq - Hakan Fidan

Anladıq, yanlışlıqla vurublar: bəs, niyə enişə izn verməyiblər?

Rus ekspert: Şübhəsiz ki, təyyarəni Rusiya vurub!

Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi

Təyyarə buna görə qəzaya uğrayıb - AZAL

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla