Yuxarı

Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətində anım guşəsi yaradılıb və başsağlığı kitabı açılıb. Cəmiyyətin qarşısındakı dövlət bayrağımız yarıya endirilib.

Axar.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinə gələrək həlak olanlara ehtiramını bildirib, başsağlığı kitabına ürək sözlərini yazıb.

Şimali Kipr Türk Cümhuriyyətində yaşayan soydaşlarımız və ölkəmizin dostları anım guşəsini ziyarət etməkdə davam edir.

Dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi var və həmin evlərdə anım guşələri yaradılıb.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.29 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlin ilk günündə Bakıdan Tehrana etiraz – Nə baş verir?

Spivakdan Əliyevlə bağlı sensasion sözlər - Video

Saakaşvili türmədən açıqlama verdi: Əliyev elə bir şey etdi ki...

İranın diplomatı XİN-ə çağırıldı - Sərt etiraz!

Fransa və Almaniyadan Gürcüstana qarşı sərt qərar

MDB sədrliyi Rusiyadan bu ölkəyə keçdi

Paşinyanın 2025-ci il sülh mesajı: Bunsuz mümkün deyil!

Prezident niyə “yanvarın sonundan” dedi?

İlham Əliyev Sudan liderinə məktub göndərdi

İlham Əliyev Kuba prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla