Yuxarı

“ƏDV dələduzluğu” ilə 1,2 milyon manat mənimsənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ƏDV dələduzluğu"nda ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqının vaxtı bəlli olub.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, Maliyyə Nazirliyinin zərərçəkmiş qismində tanındığı bu cinayət işi üzrə məhkəmə hazırlıq iclası yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçiriləcək.

Cinayət işi üzrə təqsirləndirilən şəxslər Əliyev Rasim Sergey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Rəşad Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğludur.

Onlar Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) maddələri ilə ittiham edilir.

İttihama görə, adıçəkilən şəxslər 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçirdikdən sonra istifadə edib yaymalarına, əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına "ƏDV geri al” portalları açılması yolu ilə həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talamalarına, bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürüb.

İş üzrə Maliyyə Nazirliyi zərəşəkmiş qismində tanınıb.

Tarix
2025.01.03 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili

Sübhaninin təxribatçı iddiası... – XİN-dən açıqlama

“Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... - Foto

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla