Yuxarı

Klinika ölən blogerə görə cəzalandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bloger Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) ölümü ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasında çalışan və sözügedən əməliyyatda iştirak etdiyi qeyd olunan Nurlan Həsənli ilə bağlı bir sıra suallar yaranmışdı.

Klinikanın baş həkimi Araz Ağayev bildirmişdi ki, 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024-cü il tarixində klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.

Bəs görəsən, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxs klinikada həkim köməkçisi kimi fəaliyyət göstərə bilərmi?

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Oxu.az-a Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinin qanunazidd olduğunu bildirib:

"Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar "Mərcan Medicare" klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir".

Məlumatda əlavə olaraq qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimdən sertifikatını tələb etmək hüququ var:

"Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya Pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Tarix
2025.01.10 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Fidan İlham Əliyevə təşəkkür etdi

Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi

AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər

AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya

Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı

Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro

Girov azərbaycanlının öldürülməsi: sənədlər elan olundu

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Kreml Bakı və İrəvandan bunu gözləyir

Ərdoğanın müavini Naxçıvanda səfərdədir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla