Yuxarı

Hafiz Hacıyev yaddaşını itirib? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hafiz Hacıyev yaddaşını itirib? - Açıqlama

Çoxdandır ictimai-siyasi aktivliyi müşahidə olunmayan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin bir sıra xəstəliklərdən əziyyət çəkdiyi barədə məlumat yayılıb. Məsələn, sosial şəbəkələrdə iddia olunur ki, Hafiz Hacıyev altsheymer (yaddaş pozğunluğu), enirez (sidik qaçırma), prostat adenoması kimi xəstəliklərdən müalicə olunur. Hətta onun infarkt olduğunu söyləyənlər də var.

Axar.az xəbər verir ki, modern.az-ın əməkdaşı iddiaların nə dərəcədə həqiqət olduğunu dəqiqləşdirmək üçün Hafiz Hacıyevin özü ilə əlaqə saxlayıb.

Müasir Müsavat Partiyasının sədri altsheymer və yuxarıda adı çəkilən digər xəstəliklərə tutulduğu barədə iddiaları rədd edib:

"Yaddaşım-filan yerindədir və çox da əladır. 15 yaşında cavan oğlan kimiyik".

Bununla belə Hafiz Hacıyev müalicə olunduğunu gizlətməyib. O, ürəyindən əməliyyat olunduğunu qeyd edib:

"Ürəyimlə bağlı problemim vardı, damarlarıma stent qoydurmuşam. O da elə materialdandı ki, sıradan çıxası deyil. Rüşvətxorlar, korrupsionerlər və dövlətə xəyanət edənlər varsa, qoy onlar narahat olsunlar ki, bizimlə mübarizəyə necə davam gətirəcəklər..."

Tarix
2025.01.14 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum: Sudan lideri Əliyevə məktub ünvanladı

İranı hansı aqibət gözləyir? – Zülfüqarov

Azərbaycan Göyçə istiqamətində irəliləyib? - Xəritə

Azərbaycanla münasibətlər ağlasığmaz şəkildə dəyişib - ABŞ

ABŞ-ın Azərbaycana ixracı kəskin artıb - Kessler

"Veysəloğlu"nun ənənəvi illik tədbiri keçirildi - Foto

Niderland səfirliyi Tehrandan Bakıya köçürüldü

Şara və Əliyev Yaxın Şərqi müzakirə etdi

Finlandiya prezidenti İlham Əliyevə zəng etdi

Ceyhun Bayramov Kolumbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla