Yuxarı

AİİB Bakıda metrostansiyaların tikintisini maliyyələşdirə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AİİB Bakıda metrostansiyaların tikintisini maliyyələşdirə bilər

Bakı Metropoliteninin inkişaf etdirilməsi ilə bağlı təşəbbüs və layihələrin icrasının maliyyələşdirilməsində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) iştirakı ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Axar.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, müzakirələr QSC-nin sədri Vüsal Aslanovun Azərbaycanda səfərdə olan AİİB-in baş investisiya direktoru Konstantin Limitovksi ilə keçirdiyi görüşdə baş tutub.

Görüşdə AİİB nümayəndələrinə 2030-cu ilə qədər Bakıda metropolitenin inkişaf perspektivləri, yeni 10 stansiyanın inşası, digər layihələr və onların əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, şəhər nəqliyyatında mövcud çətinliklərin aradan qaldırılması məqsədilə metropolitenin inkişaf etdirilməsi prioritet vəzifələrdəndir.

Bakı mobillik planı aspektindən metropolitenin inkişaf planı xüsusi müzakirə mövzusu olub.

Qarşılıqlı əməkdaşlıq perspektivlərinin diqqətdə saxlanılması və görüşlərin keçirilməsi razılaşdırılıb.

Tarix
2025.01.16 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla