Yuxarı

Manaf Ağayevin Çimnazla bağlı sözlərinə sərt reaksiya...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Manaf Ağayevin Çimnazla bağlı sözlərinə sərt reaksiya...

Hər hansı bir həkim ixtisası olmayan musiqiçiyə "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsi yaraşmaz.

Axar.az xəbər verir ki, bu fikirləri Bakı Sağlamlıq Mərkəzinin Xarici əlaqələr və marketinq şöbəsinin şöbə müdiri Günay Kazımova Oxu.az-a açıqlamasında müğənni Manaf Ağayevin Çimnaz Sultanova barədə jurnalistlərə müsahibəsinə münasibət bildirərkən deyib.

O, müğənninin "həkim səhvi nəticəsində ölüm hadisəsi baş verib" ifadəsini işlətməsinin səhv olduğunu vurğulayıb. Şöbə müdiri Manaf Ağayevin Çimnaz Sultanova barədə yanlış məlumatlar yaydığını qeyd edib:

"Manaf Ağayev elə ifadələr işlədir ki, sanki hadisə həkimin səhvinə görə olub. O, "Çimnaz xanımla danışdım, vəziyyəti yaxşı deyildi və bu barədə məlumat verməməyi xahiş etdi. Lakin rəhmətə getdiyi barədə mənə məlumat verməyib" deyə qeyd edib. Bu ifadə də yanlışdır, çünki sağ adam rəhmətə getməyi barədə məlumat verə bilməz".

G.Kazımova əlavə edib ki, bütün bunlar onu deməyə əsas verir ki, Manaf Ağayevin danışdıqları səhvdir və sadəcə reportaj xətrinə yanlış məlumatlar verib.

Tarix
2025.01.16 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla