Yuxarı

Faktiki hava: Bu ərazilərə qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti arabir yağıntılı olub.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 20 sm, Şahdağda 18 sm, Zaqatalada (Əlibəy) 8 sm, Qaxda (Sarıbaş) 5 sm, Qusar (Laza), Xınalıqda 3 sm, Xaçmaz, Şəkidə (Kişçay) 1 sm-dir.

Belə ki, düşən yağıntının miqdarı Şabranda 4 mm, Qubada (Qımıl) 3 mm, Zaqatala, Xınalıq, Altıağac, Şəkidə 1 mm-dək olub.

Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s, Kəlbəcərdə 15 m/s-yə çatıb.

Sumqayıt, Quba, Qusar, Qrız, Lerik, Qaxda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix
2025.01.19 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp üçün prioritet Azərbaycan olacaq - ABŞ diplomatı

ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden

"Kapital Bank"a kütləvi hücum: 200 minə yaxın əməliyyat...

Yeni “strateji tərəfdaş” İran Rusiyaya ordu göndərəcək?

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

Bu, həmin Vardanyandır: Qərb onu ifşa edirdi, indi isə...

Konqresdən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat

Tura Azərbaycandan başladıq - Boçorişvili

Bu, İrəvan üçün ciddi fəsadlar yaradacaq – Vəliyev

Qorbaçova görə Nobel Komitəsinə məktub yazdılar

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla