Yuxarı

“Fəvvarələr” meydanındakı qanunsuz tikili sökülür - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Səbail rayonunun Əhməd Cavad küçəsindəki (“Fəvvarələr” meydanı) qanunsuz tikilinin sökülməsinə və sakinlərin gediş-gəlişinə yaradılan maneənin aradan qaldırılmasına başlayıb.

Komitədən Axar.az-a verilən məlumata görə, ərazidə yerləşən “Fontana” restoranına bitişik sahədə işbazların əlavə artırma işləri aparması ikinci belə özbaşınalıqdır.

“Belə ki, ötən ilin martında Baş İdarənin şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq nəticəsində oxşar faktla bağlı qanunsuzluğun qarşısı alınıb. Buna baxmayaraq, restoran sahibləri bu il ərazidə yenidən özbaşına tikinti-quraşdırma işləri aparıblar. Mövcud qanunvericiliyə əsasən, ticarət və xidmət obyektlərinin fəaliyyətinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Sözügedən tikinti işləri Komitə ilə razılaşdırılmadığından söküntüsü müvafiq qaydada təmin edilir”, - deyə məlumatda qeyd edilib.

Tarix
2025.01.27 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən 26 iyunla bağlı paylaşım - Foto

Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Nazirlik növbəti dəfə depozit hərracı keçirdi

Tramp işarə etdi: Ukraynada hərəkətə keçir – Sensasiya

Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu

Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu

Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi

Zakir Həsənov yeni generallarla görüşdü

Azərbaycan bu şəxsi Rusiyaya təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla