Yuxarı

Bakıya qarşı geniş kampaniya: 300 hesab açılıb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya qarşı geniş kampaniya: 300 hesab açılıb...

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası dövlətimizin xarici təhlükələrdən qorunması, o cümlədən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair monitorinqlər aparıb.

Milli Məclisdən Axar.az-a verilən məlumata görə, komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilib, antiazərbaycan kampaniyasında sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunub.

"Kampaniyaya 300-dən çox hesab cəlb edilmişdir ki, onların da 124-ü Feysbukda, 67-si İnstaqramda, 67-si Teleqramda, 32-si Yutubda, 10-u X-də və digər sosial media platformalarında fəaliyyət göstərirlər. Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanıb", - məlumatda bildirilir.

Komissiya vətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırıb.

Monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

Tarix
2025.01.28 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla