Yuxarı

“Su şəbəkəsinə qoşulma” üzrə yeni tariflərin təqdimatı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Su şəbəkəsinə qoşulma” üzrə yeni tariflərin təqdimatı...

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi ilə həyata keçirilən “Su şəbəkələrinə qoşulma” işçi qrupu çərçivəsində biznes nümayəndələri və digər maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək su şəbəkələrinə qoşulma sahəsində islahatların və yeni tariflərin əhəmiyyətini vurğulayaraq, yeniliklərin biznes mühitinə müsbət təsirini qeyd edib. O bildirib ki, kommunal xidmətlər çərçivəsində su şəbəkəsinə qoşulmanın təkmilləşdirilməsi və yeni tariflərin təsdiqi bu sahədə sadələşmə ilə yanaşı, həm xərclər, həm də prosedurların şəffaf şəkildə təqdim olunmasına əlverişli imkanlar yaradıb.

ADSEA sədrinin müavini İlham Bayramov “Su şəbəkəsinə qoşulma” ilə bağlı cari il ərzində görülmüş işlər və əsas nəaliyyətlər haqqında məlumat verib. O çıxışında “Bizness Ready” layihəsinin ölkəmizin biznes və investisiya mühitinə qiymətini, islahatların formalaşmasına mühüm rolunu və sahibkarlara dövlət dəstəyini vurğulayıb.

İşçi qrupunun rəhbəri, ADSEA sədrinin müşaviri Etibar Məmmədov çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.

Gündəliyə uyğun olaraq su şəbəkəsinə qoşulma üzrə “Bir pəncərə” sisteminin tam işə düşməsi, qoşulma üzrə prosedurların və vaxtın, eləcə də xərclərin minimuma endirilməsi, 2024-cü il Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin müzakirəsi və əsas nailiyyətlər, qoşulma üzrə rəy verən qurumlar arasında koordinasiya və yeni tariflərin təsdiqi ilə bağlı işlər müzakirə olunub.

Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlərə “Su şəbəkəsinə qoşulma” indikatoru ilə bağlı 2025-ci il üzrə Yol Xəritəsinin ilkin layihəsi nəzərdən keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının nümayəndələri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, işçi qrupuna üzv olan digər aidiyyəti qurumların nümayəndələri, “Caspian Enerji Club”un üzvləri, sahibkarlar, qeyri-hökumət təşkilatları, müstəqil ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tarix
2025.01.30 / 18:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəb ölkələri cavab verə bilər: Bəs, İran niyə vurur?

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla