Rusiya ordusu Krımskoyeni ələ keçirdi
17:49
Ana səhifə Toplum |
Tiktok sosial şəbəkəsində elan yerləşdirərək insanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə ələ keçirən şəxs saxlanılıb.
Axar.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən 28 yaşlı Sadiq Dadaşzadə tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənləri İraqda yerləşən müqəddəs dini məkanlara göndərəcəyini vəd edib. S.Dadaşzadə bu yolla 13 nəfəri aldadıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2025.02.01 / 15:16
|
Müəllif
Axar.az
|