Yuxarı

Tıxaca qarşı dünya təcrübəsi: Bakıda tətbiq edilərsə... - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tıxaca qarşı dünya təcrübəsi: Bakıda tətbiq edilərsə... - Ekspert

Bakıda yollardakı sıxlığın əsas səbəblərindən biri məktəb və universitetlərin dərs saatlarının eyni vaxtda başlamasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, nəqliyyat sıxlığının azaldılması üçün ən effektiv üsullardan biri dərslərin başlanma saatlarının mərhələli şəkildə dəyişdirilməsidir:

“Hazırda paytaxtda səhər saat 07:30-dan 09:30-a qədər olan dövrdə nəqliyyat sıxlığı ən yüksək həddə çatır və bu saatlarda əsas magistral yollarda və metro stansiyalarında sərnişin axını 35-40% artır. Metro istifadəçilərinin böyük hissəsini tələbələr və məktəblilər təşkil edir.

Düşünürəm ki, şəhərin mərkəzində yerləşən universitetlərdə dərslərin saat 10:00-da, şəhərətrafı və kənar rayonlarda isə saat 08:00-da başlaması nəqliyyat yükünü balanslaşdıra bilər. Ancaq universitetlərin dərs saatlarının dəyişdirilməsi yalnız ali təhsil müəssisələrinin daxili qərarı ilə deyil, nəqliyyat qurumları ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir. Metro və avtobusların hərəkət cədvəlləri universitetlərin yeni dərs saatlarına uyğun tənzimlənməlidir”.

Kamran Əsədov analoji təcrübənin digər ölkələrdə tətbiq edildiyini xatırladıb:

“Məsələn, Türkiyənin böyük şəhərlərində universitetlərin dərs saatları müxtəlif vaxtlara bölünür və nəqliyyat axını tənzimlənir. İstanbul, Ankara və İzmir kimi şəhərlərdə bəzi universitetlərdə dərslərin fərqli saatlarda başlaması tələbələrin eyni vaxtda metro və avtobuslardan istifadə etməsinin qarşısını alır və nəqliyyat yükünü daha bərabər şəkildə paylayır.

ABŞ-da tələbələrə öz dərs cədvəllərini müəyyən dərəcədə seçmək imkanı verilir, bu da nəqliyyat axınının tənzimlənməsinə kömək edir. Sinqapur və Yaponiya kimi sıx nəqliyyat axınına malik ölkələrdə universitetlər və məktəblər fərqli saatlarda fəaliyyət göstərir ki, bu da səhər saatlarında yükün azalmasına səbəb olur”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır.

Belə ki, Proqramda Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması qeyd olunub.

Tarix
2025.02.04 / 09:08
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla