Güneyli idmançı farslara səsləndi: Erməni qardaşlarınız kimi...
13:22
Ana səhifə Toplum |
09:38
Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə yeni təyinat olub.
Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, bu vəzifəyə Vüsal Qurbanov təyinat alıb. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.
Bundan başqa, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.
Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.
Yeni vəzifəyə təyinat alan Vüsal Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun qardaşıdır.
Tarix
2025.02.06 / 09:53
|
Müəllif
Axar.az
|