Yuxarı

III MDB oyunları: Təşkilat Komitəsinin ilk iclası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 12-də Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli Sərəncamı ilə yaradılan III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası keçirilib. Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə keçirilən iclasda Oyunlara hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.

Axar.az xəbər verir ki, iclasda qeyd olunub ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan Hökumətinin dəvəti əsasında iştirakları gözlənilir.

İclasda idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edilib.

Azərbaycan Prezidentinin lll MDB Oyunları ilə bağlı Tədbirlər Planının həyata keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsinin qarşısında qoyduğu vəzifələrin icrası və digər aidiyyəti məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qurumlar arasında əlaqələndirmənin təmin olunması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

Sonda Təşkilat Komitəsinin sədri Samir Şərifov Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən idman sahəsində Birinci Avropa Oyunlarına, İslam Həmrəylik Oyunlarına və digər böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyini qeyd edərək, III MDB Oyunlarının da ölkəmizdə peşəkarlıqla və layiqincə keçirilməsi üçün səfərbər olmağın zəruriliyini Təşkilat Komitəsinin üzvlərinin diqqətinə çatdırıb.

Tarix
2025.02.12 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Trampla Putinin danışığının əsasını onlar qoydu - Revenko

Putin Trampa söz verdi: Hazıram!

Tramp Putinlə danışığı haqda yazdı: Moskvaya gəlir!

Tramp telefon danışığında sülh istədi – Putinin cavabı

Putin Trampa daha bir hədiyyə göndərməyə hazırlaşır

Azərbaycandan öyrənəcəyimiz sahələr... - Mahmud

Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil - Mahmud

Arxalanacağımız dostlara malik olmaq çox vacibdir - Prezident

Somali ilə sıx dostluq münasibətlərində yeni səhifə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla