Yuxarı

Psixoloq “şəfalanma” seansına qatıldı: nələr gördü?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Psixoloq “şəfalanma” seansına qatıldı: nələr gördü?

Bu təlimlərə qoşulan insanlar ilk vaxtlarda özlərini yaxşı hiss etsələr də, bir müddət sonra çox pis vəziyyətə düşürlər.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova özünü psixoloq adlandıran şəxslərin insanları fərqli metodlarla “şəfalandırmasını” şərh edərkən deyib.

Psixoloq bildirib ki, əslində sözügedən sağaltma metodu “ailə dizimi” adlanır:

“Mən də psixoloq kimi maraqlı gəldiyi üçün həmin təlimlərdən birinə qoşulmuşdum. Müşahidələrim zamanı gördüm ki, insan travmalarından danışır və sözügedən travmalardan bir neçə insan seçir. Məsələn, “bu sənin anandır”, “bu sənin atandır”, “bu sənin dünyasını dəyişmiş qardaşındır” və s. Orada obrazlar yaranır.

Travmasını sağaldan şəxs anasını, atasını, hətta dünyasını dəyişən yaxınlarını da qucaqlayır, ağlayır və özünü sağaldır. Bu, bir az şouya bənzəyir. Çünki realist olmaq, hansısa problemin reallıqlarını görüb, onu həll etmək lazımdır.

Bu gün Azərbaycanda peşəkar psixoloqun qəbulu maksimum 120 manatdır. Ancaq bu tip “şəfalanma” seanslarının qiyməti 350 manatdan başlayır. Bu seanslara Azərbaycanda inam daha çoxdur. Adətən təlimçilər də xarici ölkələrdən gəlirlər. Qeyd edim ki, bu təlimlərin heç bir elmi əsası da yoxdur. 400-500 manata təlim alırlar, onu da insanlara tətbiq edirlər. Düşünürəm ki, zamanla estetik cərrahlar kimi belə psixoloqların da fəaliyyətinin araşdırılmasına başlanılacaq. O zaman bütün saxtakarlıqlar üzə çıxacaq”.

Qeyd edək ki, Bakıda özünü psixoloq kimi təqdim edən Əfsanə Qasımlı adlı şəxsin “şəfalanma” seansı sosial şəbəkələrdə yayılıb və tənqidlərə səbəb olub.

Tarix
2025.02.21 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla