Yuxarı

Bu il Həcc üçün Azərbaycana nə qədər kvota ayrılıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu il Həcc üçün Azərbaycana nə qədər kvota ayrılıb?

Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün təxminən 1200-1300 yer ayrılıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc Elektron Sisteminin rəhbəri Vüsal Cahangiri deyib.

Onun sözlərinə görə, hələlik kvotanın tam həcmi təyin olunmayıb, amma yerlərin artıq 70-75 faizi dolub:

"Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, yerlər məhduddur. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Hazırda ziyarətə getmək istəyənlərin müraciətləri qəbul olunur. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək”.

O bildirib ki, ziyarətə gedənlərin sənədlərinin qəbulu yanvarın 21-dən başlayıb və iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılır.

Xatırladaq ki, ötən il Həcc ziyarət üzrə Azərbaycana 1500 yer ayrılmışdı.

Tarix
2025.03.04 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla