Yuxarı

12 il öncə rusiyalı qadını öldürən azərbaycanlılar həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

On iki il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Azərbaycan Prokurorluğu və xarici ölkələrin hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı davam edir.

Həyata keçirilən kompleks tədbirlərin davamı kimi, ötən il dekabrın 27-də Rusiya Federasiyasının Baş Prokurorluğu vasitəsilə federasiyanın İstintaq Komitəsindən 1993-cü il təvəllüdlü Azaliya Asanovanın sağlamlığına ağır zərər vurulması faktı üzrə başlanan cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

İbtidai istintaqın davam etdirilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ötən illərdən bağlı qalan cinayət işlərinin açılması istiqamətində beynəlxalq əməkdaşlığı uğurla davam etdirir və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə birgə effektiv istintaq tədbirləri həyata keçirir.

Tarix
2025.03.06 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Gürcüstan XİN başçıları danışdı

Makronun çağırışı: Avropada xaos yaşanır!

Manukyandan etiraf: Maşınım “Bayraqdar”la vuruldu...

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı - Foto

Bu ölkə Trampın təzyiqinə dözmədi: təslim oldu

İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi... - Deputat

Kreml Ağ Evə “köçüb”: Tramp hələ anlamır - İrandan baxış

Baş nazir Milli Məclisdə hesabat verəcək

Verdyan İlham Əliyevə müraciət etdi: Mənə sığınacaq verin

Siyasi partiyaların təmsilçiləri Xankəndiyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla