İstanbul Universitetinin qərarı ilə diplomları ləğv edilən 28 nəfərdən biri də Azərbaycan əsilli professor Lalə Kazımbek Tuzunərdir.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Lalı Kazımbekin Bilkənd Universitetindən İstanbul Universitetinə köçürülərkən qanunsuzluğua yol verildiyi əsas gətirilərək, diplomu etibarsız sayılıb.
O, İstanbul Universitetinin Biznesin idarə edilməsi fakültəsində çalışır.
Lalə Kazımbeyin Azərbaycan Xalq Cümhuriyyətinin zabiti Cahangir bəy Kazımbəylinin nəslindən olduğu bildirilir. 1885-ci ildə anadan olmuş C.Kazımbəyli AXC dönəmində Gəncə alayında briqada komandiri, Gəncə üsyanının başçılarından biri olub. Sonra o, ailəsi ilə birlikdə Polşaya və Almaniyaya mühacirət edib. 1955-ci ildə Berlində Sovet casusu olan bir qadın tərəfindən zəhərlənərək öldürülüb.
Lalə Kazımbekin həmmüəllifi olduğu “İnsan idarəçiliyi” kitabının digər yazarı professor Gönən İlkan Dündar İstanbul Böyükşəhər Bələdiyyəsinin saxlanılan başqanı Əkrəm İmamoğlunun sözçüsüdür.
Xatırladaq ki, Ə.İmamoğlunun da diplomu “qanunsuz köçürülmə” iddiası ilə ləğv edilib və ona qarşı “dövlət sənədlərini saxtalaşdırma” maddəsi üzrə cinayət işi açılıb.