
Biz azərbaycanlılarla birgə yaşamaq istəmədik - Melkumyan
08:00
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ukrayna Prezidenti Vladimir Zelenskinin Cənubi Afrika Respublikasına (CAR) səfəri aprelin 10-dan aprelin 24-nə ertələnib.
Axar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə CAR prezidentinin mətbuat katibi Vinsent Maqvenya məlumat yayıb.
"Zelenskinin səfəri onun şəxsi xahişi və hazırkı qrafiki ilə əlaqədar 24 aprel 2025-ci il tarixinə dəyişdirilib", - sözçü bildirib.
Maqvenya əlavə edib ki, CAR-ın Ukraynadakı münaqişəni həll etmək istəkləri ABŞ-ın mövqeyi ilə üst-üstə düşür.
Mətbuat katibi eyni zamanda qeyd edib ki, Zelenskinin səfəri sülh prosesini dəstəkləmək və ölkələr arasında ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.
Tarix
2025.03.20 / 18:09
|
Müəllif
Axar.az
|