Yuxarı

Leyla və Arzu Əliyevalar AUİB-in yeni binasının açılışını etdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla və Arzu Əliyevalar AUİB-in yeni binasının açılışını etdilər

Leyla Əliyeva və Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin yeni inşa edilmiş binasının açılışını ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sosial səhifəsində məlumat yayılıb.

Məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Azərbaycan Uşaqları” İctimai Birliyinin (AUİB) yeni inşa edilmiş binasının açılışını ediblər.

Leyla Əliyevanın təşəbbüsü ilə tikilmiş binanın açılışında AUİB-in sədri Kəmalə Ağazadə qonaqlara ictimai birlik və onun nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsi olan Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi haqqında məlumat verərək, onları binada yaradılmış şərait ilə tanış edib.

Burada həssas qrupdan olan, məişət zorakılığı qurbanları və kimsəsiz, baxımsız uşaqların effektiv reabilitasiyası və sosial reinteqrasiyasın həyata keçirilməsi, onlara sosial, tibbi, psixoloji, hüquqi, təhsil, peşə bacarıqlarının inkişafı xidmətlərinin göstərilməsi üçün lazimi şərait yaradılıb. Xidmət göstəriləcək benefisiarların sağlamlığı və rahatlığı üçün binada müasir standartlara uyğun 60 çarpayılıq yataq otaqları, mətbəx, yeməkxana, camaşırxana, soyuducu və qida saxlama otaqları, asudə vaxtın təşkili və istirahət otaqları, izolyasiya, tibb, psixoloq otaqları, dərs, musiqi, şahmat, art terapiya bölmələri, kitabxana, təlim/seminar otağı, foto və video studiya, akt zalı və sərgi sahəsi mövcuddur. Həmçinin, həyətyanı sahədə abadlıq işləri aparılaraq ərazi yaşıllaşdırılmış və müxtəlif növ ağaclar əkilmiş, uşaqlar üçün istirahət guşəsi yaradılmışdır.

Qeyd edilməlidir ki, burada təkcə Uşaq Sığınacağında daimi yaşayan uşaqlarla bərabər günərzində təşkilata müraciət edən həssas ailələrindən olan uşaq və yeniyetmələr üçün də müxtəlif xidmətlər təqdim olunacaq, onların peşə və yaradıcılıq imkanları inkişaf etdiriləcək.

Açılış tədbirində Leyla və Arzu Əliyeva AUİB Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri ilə görüşmüş, onlara hədiyyələr təqdim etmiş və həmin uşaqlar tərəfindən təkrar emal olunan məmulatlardan hazırlanmış əl işlərindən ibarət “İkinci nəfəs” sərgisi ilə də tanış olmuşlar.

Tarix
2025.03.23 / 16:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla