Yuxarı

Ölümlə nəticələnən qəzada xəsarət alanların kimliyi bilindi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:17

Cəlilabad rayonunda iki minik avtomobili toqquşub.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı BMV markalı minik avtomobili ilə VAZ-21011 markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində VAZ-2101 markalı minik avtomobilinin sürücüsü Sabir Niftəliyev xəsarət alıb, avtomobildəki sərnişin, 1961-ci il təvəllüdlü Gülsüm Abdullayeva isə dünyasını dəyişib.

***

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alanların sayı artıb.

TƏBİB-dən bildirilib ki, martın 27-də saat 12:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1953-cü il təvəllüdlü (kişi) şəxsə sağ döş qəfəsinin küt travması, sağ diz oynağının sınıqları və çıxıqlar, sağ saidin və əlin arxa səthinin cırılmış yaraları, 1998-ci il təvəllüdlü (kişi) şəxsə sol bazunun küt travması, sıyrılmış yaraları diaqnozu təyin edilib.

Hazırda hər iki şəxsin vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.

Bir nəfərin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

***

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzasında xəsarət alan ikinci şəxsin kimliyi məlum olub.

Məlumata görə, o, 1998-ci il təvəllüdlü Vüsal Abdullayevdir.

Tarix
2025.03.27 / 19:24
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Cövdət Yılmaz Əli Əsədova məktub göndərdi

Məhəmməd bin Salman İlham Əliyevi təbrik etdi

Səudiyyə Ərəbistanı kralı İlham Əliyevi təbrik etdi

ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Azərbaycanda Ramazan bayramı qeyd edilir

Leyla Əliyevadan Ramazan bayramı təbriki - Video

İlham Əliyev dünya azərbaycanlılarını təbrik etdi

Ziraatxan Mirziyayeva Mehriban xanımı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla