Yuxarı

İdmançımız olimpiadaya lisenziya qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu barədə Axar.az-a Qış İdman Növləri Federasiyasından bildirilib.

O, bu uğura ABŞ-nin Boston şəhərində təşkil olunan fiqurlu konkisürmə üzrə dünya çempionatında nail olub.

İdmançı qısa və sərbəst proqramda 233,31 xal toplayıb və 39 nəfər arasında 15-ci yeri tutaraq olimpiadada iştirak hüququ əldə edib

Yarışda çıxış edən Azərbaycanın digər təmsilçilərindən Nərgiz Süleymanova, həmçinin Samanta Ritter - Daniel Brikalov buzüstü rəqs cütlüyü isə qısa proqramda rəqiblərindən geri qalaraq növbəti mərhələyə vəsiqə qazana bilməyiblər.

Qeyd edək ki, Qış Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 26-dək İtaliyanın Milan və Kortina d'Ampetso şəhərlərində keçiriləcək.

Tarix
2025.03.30 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu

Prezident Mehdi Sənayini qəbul etdi

Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?

Azərbaycanlılar Türkiyədəki bu kənddən çıxarıldı - Səs yazısı

Səməd Seyidov təklifimi rədd etdi - Xandanyan

İranın bombalanması ehtimalı: Bakı qarşısını almağa çalışır

Pezeşkianın müşaviri Azərbaycandadır

Almaniya Azərbaycandan üzr istədi

Makron əsas rəqibini bu yolla "aradan" götürdü

Pezeşkian Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla