Yuxarı

Rabitəbank Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rabitəbank Ramazan bayramı ərəfəsində şəhid ailələrini ziyarət edib

Rabitəbank korporativ sosial məsuliyyət sahəsindəki sadiqliyini bir daha nümayiş etdirərək Ramazan bayramı ərəfəsində şəhid ailələrinin yanında olub.

Axar.az xəbər verir ki, bankın təşkilatçılığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Kürdəmir, Şamaxı və Ağsu rayonları üzrə 100-dək şəhid ailəsi ziyarət edilərək, onlara Ramazan payları təqdim edilib.

Ziyarət zamanı bank nümayəndələri, şəhid ailələrini bayram münasibətilə təbrik edərək, qəhrəman şəhidlərimizin əziz xatirələrini ehtiramla yad edib, onların ailələrinə hər zaman dəstək olacaqlarını bir daha vurğulayıblar. Şəhid ailələrinə edilən bu dəstək, yalnız maddi yardım göstərmək deyil, həm də onlara ruh yüksəkliyi və bayramın verdiyi ümidin bir hissəsi olaraq görülüb.

Xatırladaq ki, Rabitəbank korporativ sosial məsuliyyəti çərçivəsində şəhid ailələri və qazilərə hər zaman həssaslıqla yanaşır və Qarabağ uğrunda döyüşlərin ilk günlərindən bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 27 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Tarix
2025.03.30 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla