Yuxarı

Bu şəxslərə "500 manat alacaqsınız" mesajı... - Doğru çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə "500 manat alacaqsınız" mesajı... - Doğru çıxdı

Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair guya saxta SMS göndərilməsi ilə bağlı paylaşılan məlumatlar doğru deyil.

Axar.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, həmin SMS-lər Əli Nəbi oğlu İbrahimova göndərilib:

“Belə ki, o, 2022-ci ildə və 2024-cü ildə doğulan övladlarının hər ikisinə bu ilin mart ayında doğum haqqında şəhadətnamə alıb. Bundan sonra e-qaydada ona hər iki uşağın doğulmasına görə müavinət (həmin müavinət 2022-ci ildə 300 manat, 2024-cü ildə 500 manat olub) təyin olunub.

Lakin Ə.İbrahimovun adına olan telefon nömrəsini başqa şəxs istifadə etdiyi üçün SMS-i də o oxuyub və mesajın saxta olduğunu düşünərək ictimailəşdirib.

Qeyd edilən müavinət uşağa doğum haqqında şəhadətnamə alındığı anda e-qaydada proaktiv təyin edilərək, valideynlərdən birinin adına olan mobil nömrəyə bu barədə bildiriş göndərilir”.

Tarix
2025.04.03 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla