Yuxarı

Bu, Heydər Əliyevin bizə əmanətidir - Akademik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Heydər Əliyevin bizə əmanətidir - Akademik

Zaqatalada ADU məzunlarının professionallıq və peşə vərdişlərinin təkmilləşdirilməsi konfransı keçirilib.

Axar.az xəbər verir ki, rayona səfər edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və universitet kollektivi konfransdan öncə Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyulublar.

Konfransın açılış mərasimində ADU-nun rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla məzunlarla işin düzgün qurulmasının, onların diqqətdə saxlanılmasının vacibliyindən danışıb:

“Məzunlarla görüşmək bizim üçün sevindirici haldır. Hesab edirik ki, məzunlarla görüş onların peşə vərdişlərinə və peşəkarlıq səviyyəsinə öz müsbət təsirini göstərir. Bizi düşündürən məsələlər əsasən məzunlarımızın pedaqoji fəaliyyətini dəstəkləmək, onları yeni tədris metodları ilə qarşılıqlı şəkildə tanış etməkdir. Keçiriləcək seminarlar, təlimlər, görüşlər gələcək elmi əməkdaşlıq üçün də əlverişli imkanların yaradılması deməkdir. Ulu öndər Heydər Əliyevin tələbələrlə bağlı fikrini daima xatırlayır və səsləndirirəm. Ulu öndər Heydər Əliyev tələbələrlə görüşündə üzünü bizə tutub demişdi: Bu tələbələr mənim sizə əmanətimdir. Bu fikir bizim təhsil strategiyamızın əsas ideyasına çevrilib”.

ADU-da tədris olunan xarici dillər haqqında məlumat verilib. QS reytinqlər cədvəlində ADU-nun uğurları barədə danışılıb. Qeyd olunub ki, ADU son illər beynəlxalq əlaqələrin qurulmasında da fəallığı ilə seçilir. Bu da təhsilin keyfiyyətinə və tədrisin müasir metodlarla aparılmasına mühüm təsir göstərir.

Konfransda rayon icra başçısı Mübariz Əhmədzadə, Milli qəhrəman Mübariz İbrahimov adına Biləsuvar rayon bağça-lisey kompleksinin direktoru Aqşin Bağırov, ADU-nun Təhsil fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edib, şagirdlərin təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması istiqamətində dövlət siyasətinə uyğun işlərin aparılmasından danışılıb. ADU-nun regional konfransının altı rayonu əhatə etməsi və bununla da xarici dilləri tədris edən müəllimlərin pedaqoji fəaliyyətini dəstəkləmək baxımından önəmi vurğulanıb.

Tarix
2025.04.05 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla