Yuxarı

Kəmaləddin Heydərov BƏƏ-də mühüm sammitdə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Nazirliyin nümayəndə heyəti 8-9 aprel 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən 8-ci “Böhranların və fövqəladə halların idarə edilməsi üzrə Dünya Sammiti”ndə iştirak edib.

Axar.az xəbər verir ki, müxtəlif ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətlərinin iştirak etdiyi sammitin keçirilməsində əsas məqsəd fövqəladə hallarla səmərəli mübarizə məqsədilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi, xüsusilə transsərhəd böhranlara qlobal hazırlığın təmin edilməsi üçün innovativ yanaşmaların müəyyən edilməsi və bu sahədə müzakirələrin aparılmasıdır.

Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov sammitin əhəmiyyətini qeyd edərək, onun fövqəladə hallara qlobal hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən fəlakətlərə çevik və səmərəli reaksiya verilməsi məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılması və qabaqcıl innovasiyaların müəyyən edilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.

Ölkəmizdə fövqəladə hallarla mübarizə üzrə görülən uğurlu işlər barədə məlumat verən nazir fəlakətlərin xüsusilə qlobal iqlim dəyişikliyi fonunda yaratdığı təhlükələrin vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün koordinasiyalı fəaliyyətin əhəmiyyətini qeyd edib, bu istiqamətdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər xarici ölkələrin uyğun qurumları ilə ikitərəfli səviyyədə, istərsə də müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində fəal əməkdaşlıq etdiyini bildirib. O da vurğulanıb ki, BMT-nin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupuna – INSARAG-a üzv olan Azərbaycan irihəcmli fövqəladə hallarla mübarizə üçün beynəlxalq qəza-xilasetmə əməliyyatlarında fəal iştiraka daim hazırdır.

Çıxışında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda uğurla keçirildiyini xatırladan nazir ölkəmizin qlobal problemlərin həlli, o cümlədən ətraf mühitin qorunması məsələlərinə ciddi dəstək verdiyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edən sammitdə ölkələrin fövqəladə hallarla mübarizə üzrə məsul qurumlarının rəhbərlərinin çıxışları dinlənilib, geniş müzakirələr aparılıb.

Tədbir çərçivəsində nazir Kəmaləddin Heydərov bir sıra ikitərəfli görüşlər keçirib, həmçinin fövqəladə hallarla mübarizə üzrə ən müasir texnika və avadanlıqların, müxtəlif vasitələrin nümayiş olunduğu sərgi ilə tanış olub.

Tarix
2025.04.09 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla