Yuxarı

“Azərsun Holdinq” Türkiyədə təhsil alan 20 tələbəyə dəstək oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsun Holdinq” yarandığı gündən ölkənin qida sənayesinin və kənd təsərrüfatının inkişafı üçün saysız işlər görür, müxtəlif layihələr həyata keçirir.

Axar.az xəbər verir ki, aqrar sahənin təkmilləşməsinə və yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə davamlı olaraq dəstək verən şirkətlər qrupu bu dəfə Ege Universitetində təhsil alan 20 azərbaycanlı magistrin 1 illik yataqxana xərcini ödəyib.

Bununla bağlı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Ege Universiteti və Azərsun Holdinq arasında memorandum imzalanıb.

ADAU ilə Ege Universiteti arasında həyata keçirilən Beynəlxalq ikili diplom proqramı çərçivəsində ilk məzunlardan 20 nəfər hal-hazırda magistratura səviyyəsində təhsillərini davam etdirirlər.

Bu gənc tədqiqatçılar, gələcəkdə Azərbaycanın kənd təsərrüfatının inkişafına böyük töhfələr verəcək və ölkəmizin bu sahədəki inkişafına önəmli təsir göstərəcək.

Qeyd edək ki, bu təşəbbüs “Azərsun Holdinq”in mərhum qurucusu Abdolbari Gozal tərəfindən irəli sürülüb.

Onun rəhbərliyi altında “Azərsun Holdinq” 33 il ərzində yüzlərlə sosial layihə həyata keçirərək ,ölkə həyatının müxtəlif sahələrində mühim işlər görüb.

Yerli kadrların hazırlanmasını fəaliyyət prioritetlərindən hesab edən Abdolbari Gozal kənd təsərrüfatının inkişafını və mütəxəssislərin yetişdirilməsini həmişə ön planda tutub.

Bu gün də icrası davam etdirilən bu təşəbbüslər, Azərbaycanın iqtisadi inkişafını təmin edərək, ölkəmizin gələcəkdə daha güclü və inkişaf etmiş kənd təsərrüfatı sektoruna sahib olmasına zəmin yaradır.

Tarix
2025.04.09 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni müharibələr bunun uğrunda olacaq: tədbir görməliyik!

Bütün MDB liderləri həmin gün Moskvada olacaq - Lebedev

XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi

Rusiyadan Bakı və İrəvana: Yardıma hazırıq!

Azərbaycanla müharibəni unudun! - Paşinyan

XİN başçılarının müavinləri görüşdü - Yenilənib

Türk ölkələri türk düşməni ilə razılaşdı: Nəticə necə olacaq?

Xankəndidən çıxmağa məcbur oldular - Qukasyandan etiraf

Kavelaşvilinin səfəri bu prosesə yeni təkan verəcək

Yeni nazirdən ilk: 1 milyarddan nə qədər qazanacağıq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla