Yuxarı

Metro xətləri ayrılır: sərnişinlər əlavə pul ödəyəcək? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metro xətləri ayrılır: sərnişinlər əlavə pul ödəyəcək? - Rəsmi

Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin tam ayrılması prosesinə başlanılıb. Təmir-tikinti zamanı “28 May” stansiyasından “Dərnəgül” istiqamətinə keçid mümkün olmayacaq. Dəyişiklik dövründə “Nizami” stansiyasında ekspress avtobuslar fəaliyyət göstərəcək.

Sərnişinləri maraqlandıran əsas suallardan biri isə bu avtobusların ödənişli və ya ödənişsiz olub-olmayacağıdır. Belə ki, hazırda 50 qəpiyə qət edilən məsafənin alternativ nəqliyyat və metrodan iki dəfə istifadə ilə 1 manat 50 qəpiyə başa gələcəyi ehtimal olunur.

Məsələ ilə bağlı Axar.az-ın sorğusunu cavablandıran Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bütün suallarla bağlı aidiyyəti qurumlarla intensiv iş aparılır.

“Biz vaxtı qabaqlayıb indidən heç nə deyə bilmərik. 7 ay vaxt var. Zamanı gələndə ən xırda detallarına qədər ictimaiyyət məlumatlandırılacaq”,- o bildirib.

Qeyd edək ki, xətlərin ayrılması prosessinin mərhələlərlə həyata keçirilməsi planlaşdırılır.

Tarix
2025.04.11 / 11:30
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla