Yuxarı

Rafael Piriyev istintaqa çağırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq bloger Rafael Piriyevi istintaq dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə İctimai TV-də məlumat verilib.

Məlumatda bildirilib ki, təqsirləndirilən şəxs Rafael Fizuli oğlu Piriyevə rəsmi bildiriş göndərilib. O, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə mayın 2-si saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

Qeyd olunub ki, R.Piriyevin 2020-ci il sentyabrın 7-də təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Həmin qərara əsasən, onun 2019-cu il aprelin 19-dan avqustun 7-dək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə Yutub və Feysbuk sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.

İstintaqdan qaçıb Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 2020-ci il sentyabrın 7-də barəsində axtarış elan edilib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.04.11 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Kreml “başladı”: Lavrov Zəngəzura qarşı 2 “bəhanə” tapdı

Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...

Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan

Bayramov Zəngəzura görə ABŞ rəsmilərini qəbul etdi

Azərbaycanın məqsədi İran və İsrail arasında tərəf tutmaq deyil

İlham Əliyevin Qazaxıstana səfəri hazırlanır - Tokayev

FTX Azərbaycan vətəndaşını saxladı - Video

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə

Prezident İmaməli Rəhmana məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla