Yuxarı

Türkiyədəki “Azərbaycan məhəlləsi” ilə bağlı yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədəki “Azərbaycan məhəlləsi” ilə bağlı yeni xəbər

Hazırda Türkiyənin Qəhrəmanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 7, 8, 11 və 12-ci sahələrində tikinti işləri yekunlaşmaq üzrədir.

Axar.az xəbər verir ki, bunu Report-a Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.

“4 məhəllədə 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilir. “Azərbaycan məhəlləsi”ndə yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri Türkiyənin səlahiyyətli qurumu tərəfindən tamamlanmaq üzrədir. Layihə hazır olduqdan sonra qısa zaman ərzində mədəniyyət mərkəzinin və yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün işlərə başlanılacaq”, - deyə o qeyd edib.

"2024-cü il sentyabrın 11-də “Azərbaycan məhəlləsi”ndə MİDA-nin inşa etdiyi Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən nümayəndə heyətləri iştirak ediblər. Üçmərtəbəli müasir təhsil kompleksi 20 ibtidai sinif otağından və 3 uşaq bağçası otağından ibarətdir. Bundan əlavə, məktəbdə təhsilə dəstək məqsədilə xüsusi tədris və yaradıcılıq məkanları da yaradılıb. Buraya 1 emalatxana, 1 musiqi otağı, rəsm və əmək dərsləri üçün 2 emalatxana, eləcə də texnologiya, riyaziyyat və mühəndislik sahələrinə yönəlik 1 xüsusi emalatxana daxildir", - deyə sədr müavini əlavə edib.

Tarix
2025.04.11 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

Polşa səfirliyi Azərbaycana başsağlığı verdi

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Xalqımızın məruz qaldığı ən dəhşətli faciələrdən biri...

Rusiya Azərbaycan vətəndaşlarını deportasiya etdi

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla