Yuxarı

Qubada torpaq sürüşməsi: kəndin əsas yolu bağlandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb.

Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub.

Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır.

Qeyd edək ki, uzun illərdir Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək, ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.

Tarix
2025.04.12 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla