Yuxarı

“Landmark” satıldı: İşçilər kütləvi ixtisar edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xarici ölkə səfirliklərinin, şirkətlərin və beynəlxlaq təşkilatların ofislərinin yerləşdiyi “Landmark” Biznes Mərkəzinə məxsus 3-cü bina Aqrarkredit QSC-ə satılıb.

Axar.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, bu gün səhər binada yerləşən qurumlarda çalışan əməkdaşlar ora daxil ola bilməyib. Belə ki, onların giriş kartları deaktiv edilib. Qeyd olunur ki, “Landmark” otelinin bütün əməkdaşları kütləvi şəkildə işdən çıxarılıb.

Xatırladaq ki, binada Avropa Birliyinin Bakıdakı nümayənəliyi, Hollandiya, Venesuela, Litvanın səfirlikləri, həmçinin məşhur “Boston Consulting”, “Procter amd Gamble” şirkətlərinin ofisləri yerləşirdi.

“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində “köhnə dəyirman” deyilən ərazidə Şimali Kiprdən olan mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.

Bir müddət əvvəl “Landmark” Biznes Mərkəzi sahiblərinin müxtəlif problemlərlə üzləşdiyi barədə məlumat yaylılmışdı. Qeyd olunurdu ki, müxtəlif kommunal qurumlarda “Landmark”la bağlı sənədləşməyə “stop” qoyulub. Nəticədə xidmətlərin dayandırılması gözləniləndir. Mərkəzin sahibi Eran Müdüroğölunun isə Azərbaycandan çıxışına məhdudiyyət tətbiq edilib. O, bir müddət əvvəl Biznes Mərkəzinin 120 milyon dollara hərraca çıxarmışdı. Amma binanın sahibləri onu hərraca çıxaran şirkətin fəaliyyətində qanunsuzluqları üzə çıxarıb.

Onlar Ədliyyə Nazirliyinə yazdıqları məktubda bu barədə məlumat veriblər. Qeyd olunur ki, “Landmark” Biznes Mərkəzi İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən satılması üçün hərraca çıxarılıb. Məlum olub ki, həmin Cəmiyyətin adı əvvəllər Xəzəryanı İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC olub, sonradan barəsində cinayət xarakterli araşdırmalar aparıldığı üçün adı dəyişdirilib.

Landmark sahibləri hesab edir ki, cəmiyyət barəsində vəzifəli şəxslərin saxtakarlığı, vergilərin ödənilməsindən yayınma kimi araşdırmalar aparılmasına baxmayaraq, belə bir təşkilat tərəfindən hərracın təşkil olunması heç bir halda obyektiv həyata keçirilə bilməz. Bundan başqa, adıçəkilən təşkilat uzun müddət fəaliyyət göstərməyib. Qanunvericiliyə əsasən isə hərracın təşkili ilə 5 (beş) il fəaliyyətdə olan ixtisaslaşmış təşkilat məşğul ola bilər. Ona görə də iş adamları Ədliyyə Nazirliyindən hərrac proseslərinin dayandırılmasını və barəsində cinayət və ya mülki xarakterli araşdırma aparılmayan başqa bir təşkilata ötürülməsini xahiş edib.

Qeyd edək ki, Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisi Nərgiz Nəsrullayevadır. O, 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır. Nərgiz mərhum iş adamı Efruz Sami Müdiröğlunun oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır. O, Dövlət Neft Fondu icra direktorunun müşaviri vəzifəsində çalışıb. Ötən il N.Nəsrullayeva həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib.

Buna səbəb isə Müdüroğlu ailəsinin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub.

"Landmark" Biznes Mərkəzinə aid binaları alan Aqrarkredit QSC bank olmayan kredit təşkilatına(BOKT) gəlincə, ona uzun müddət ölkədə “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayev rəhbərlik edib. Bu təşkilat 2015-ci ildə Beynəlxalq Bankla bağlı yaranmış qalmaqaldan sonra onun milyardlarla dollarlıq kreditlərini qaytara bilməyən müəssisələri nəzarəti ələ kçeirib.

Dünən isə Aqrarkredit QSC səhmdarının növbədənkənar ümumi yığıncağı keçirilib, qurumun İdarə Heyətinin (İH) yeni tərkibi təsdiq edilib. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, “Şapka Mamed” və ətrafı qurumun rəhbərliyindən kənarlaşdırılıb.

Tarix
2025.04.16 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla