Yuxarı

Onlara yüksək vəzifə verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə kollecə təyinat olub.

Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Rövşən Qurbanov Masallı Dövlət Regional Kollecinin direktoru, Sevda Həsənova Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kollecinin direktor müavini təyin edilib, Dürrə Hacıyevaya isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Qeyd edək ki, R.Qurbanov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində filologiya (Azərbaycan dili və ədəbiyyat müəllimliyi) ixtisası üzrə, magistratura təhsilini isə dilşünaslıq (Azərbaycan dili) ixtisası üzrə alıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertanturasını bitirib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Müxtəlif illərdə ADPU-nun Cəlilabad filialında və Masallı Dövlət Regional Kollecində və bir sıra təhsil müəssisələrində müəllim kimi fəaliyyət göstərib.

S.Həsənova ali təhsilini Mingəçevir Politexnik İnstitutunun toxuculuq və yüngül sənaye iqtisadiyyatı və idarəetməsi ixtisası üzrə başa vurub. Daha sonra Bakı Avrasiya Universitetinin doktoranturasına qəbul olub, dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Pedaqoji fəaliyyətinə Gədəbəy rayonu Daşbulaq tam orta məktəbində başlayan S.Həsənova müxtəlif illərdə Bakı Sənaye Pedaqoji Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci və digər kolleclərdə işləyib.

D.Hacıyeva bakalavr təhsilini Azərbaycan Dillər Universitetində ingilis dili müəllimliyi ixtisası üzrə, magistratura təhsilini isə Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Qlazqo Strasklayd Universitetində təhsil tədqiqatları və təşkilati inkişaf ixtisası üzrə başa vurub. O, müxtəlif dövlət qurumları və təşkilatlarında əmək fəaliyyəti ilə məşğul olub. Həmçinin Azərbaycan Respublikasının Təhsil İnstitutunda Layihələrin idarə olunması və beynəlxalq əməkdaşlıq şöbəsində baş mütəxəssis və Elm və Təhsil Nazirliyi ilə ORT İsrail məktəblər şəbəkəsinin birgə həyata keçirdiyi İnnovativ məktəb layihəsinin koordinatoru vəzifəsində çalışıb.

Tarix
2025.04.22 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla