Yuxarı

Məşhur türk aktyor Azərbaycan haqda nələr dedi… - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur türk aktyor Azərbaycan haqda nələr dedi… - Video

Türkiyənin reytinq rekordları qıran “Uzak Şehir” (Uzaq şəhər) teleserialının baş rol ifaçısı, əslən azərbaycanlı olan məşhur aktyor Ozan Akbaba (Ağbaba) Azərbaycan və Qarabağla bağlı fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, Ozan Akbaba ölkəmizlə bağlı xatirələrini CNN Türk kanalında Fulya Öztürklə müsahibəsi zamanı səsləndirib.

“Mən Qars rayonundanam, əslən Qarapapaqlılar (Şimal-şərqi Anadoluda yaşayan, Azərbaycana bağlı tayfa) tayfasındanam. Tam olaraq Azərbaycan türkü deyiləm. Ancaq mənim soykökümdə azərbaycanlılar çox iç-içə olduğu üçün biz onlardan, onlar da bizdən sayılır. Çünki Qarapapaqlılar tayfası azərbaycanlılar kimi geyinir, danışır, mahnı oxuyurlar.

Sağ olsunlar, məni Azərbaycanda çox sevirlər. Mən də Azərbaycanı çox sevirəm. Azərbaycan mənim bütün kəm-kəsirimi tamamlayır. Bakını da çox sevirəm. Hətta demək olar ki, mən Laçın və Şuşa da daxil olmaqla, bütün Qarabağ bölgəsini gəzmişəm.

Dayana bilmədim getdim, gəzdim o torpaqları. İnanılmaz dərəcədə bərəkətli torpaqlardır. Təsəvvür edin, ağacın içində ağac yetişir. Azərbaycan Qarabağı 30 il sonra işğaldan geri qaytardığı üçün böyük qürur duyuram. Möhtəşəmdir. Təkcə təbiəti və torpağı deyil, memarlıq üslubu da fərqlidir. Azərbaycanın mədəniyyətinin parlaq simalarının bir çoxu Şuşadan çıxıb. Orada doğulan və bütün dünyaya Azərbaycan mədəniyyətini yaymış bir çox tanınmış musiqiçilər var. Ona görə də Şuşaya sarılıb, buraxmamaqlarını çox yaxşı anlayıram. Azərbaycanda dostlarım da var. Tez-tez onlarla danışıb, gələcəyimi deyirəm. Hazırda serial çəkilişinə görə Azərbaycana getmə ehtimalım çətindir. Ancaq yayda ola bilər”, - deyə Akbaba bildirib.

Tarix
2025.04.23 / 00:27
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Dünya niyə Əli Kərimlini müdafiə etmir? - Mühüm səbəb

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla