Yuxarı

Bakıdan Əhmədabada birbaşa uçuşlar başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq.

AZAL-dan Axar.az-a bildirilib ki, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.

Əhmədabad zəngin tarixi irsə və müasir həyata malik şəhərdir. Onun qədim hissəsi memarlıq nümunələri, mədəniyyət və dini ənənələrin sintezi ilə seçilir. Yeni Əhmədabad isə müasir göydələnlər, ticarət mərkəzləri və dinamik infrastrukturu ilə fərqlənir.

Qeyd edək ki, hazırda AZAL Hindistanın Mumbai və Nyu-Dehli şəhərlərinə müntəzəm uçuşlar icra edir. Belə ki, Bakı-Mumbai-Bakı marşrutu üzrə həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri reyslər həyata keçirilir. İyunun 16-dan etibarən isə bu istiqamətdə uçuşlar hər gün nəzərdə tutulub.

Eyni zamanda, Bakıdan Nyu-Dehli istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər yerinə yetirilir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Tarix
2025.04.25 / 19:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana gəlir

Bayramovla Sinirlioğlu arasında geniştərkibli görüş keçirildi

Minsk qrupunu saxlamağın mənası yoxdur - Bayramov

Milli mətbuatın 150 illik yubileyi keçiriləcək

Ermənistan sülh uğrunda çalışmır - tam əksinə, fürsət axtarır

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Rubio “soyqırımsız” statusu ilə İrəvana mesaj verdi

Narışkin Bakıda bu ölkənin kəşfiyyatçısı ilə görüşüb

Əli Əsədov daha bir qərar imzaladı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla