Kəlbəcərdə mineral sular istehsalçısı olan "İstisu" mineral su zavoduna yeni direktor təyin edilib.
Axar.az Banker.az-a istinadən xəbər verir ki, Fariz Aydın oğlu Sadıxov direktor təyin edilib.
Buna qədər zavoda Adil Fəxrəddin oğlu Haqverdiyev rəhbərlik edirdi.
Qeyd edək ki, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdə, Ermənistanın işğalı dövründə zavodun fəaliyyəti dayandırılmışdı.
26 iyun 2022-ci il tarixində "İstisu" mineral su zavodunun təməli qoyulub.
2 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər. Zavodda suyun yenidən istehsalına başlanılıb.
"İstisu" zavodunun illik istehsal gücü 100 milyon butulkadan artıqdır.