Yuxarı

Azərbaycan-İran əməkdaşlığı regional sülhə böyük töhfə verir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana etdiyi rəsmi dövlət səfəri həm ölkələrimiz arasındakı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir və iqtisadi cəhətdən tərəflər üçün çox faydalıdır.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Azərbaycan-İran əməkdaşlığı regional sülhün qorunmasını və qlobal xarakter daşıyan iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirən mühüm amillərdəndir:

“Ölkə rəhbərlərinin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra Azərbaycan və İran Prezidentləri mətbuata birgə bəyanatla çıxış etmişlər. Öz çıxışında Prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan və İran xalqları əsrlər boyu mehribanlıq, qardaşlıq şəraitində yaşayıblar. Bu gün də dövlətlərarası münasibətlər bu möhkəm təməl üzərində inkişaf edir. Dövlətimizin başçısı İran Prezidentinin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin yüksək səviyyəsinin təzahürü olduğunu vurğulayıb. Qeyd olunmalıdır ki, bu gün Azərbaycan ilə İran bir sıra beynəlxalq platformalarda uğurla əməkdaşlıq edirlər”.

Fikirlərini davam etdirən K.Qafarov Azərbaycan ilə İran arasında əməkdaşlıq əlaqələrinin mühüm istiqamətlərindən birinin də nəqliyyat və beynəxalq daşımalar sahəsi olduğunu vurğulayıb:

“Məlum olduğu kimi, coğrafi baxımdan Rusiya və İran arasında yerləşən Azərbaycan üç ölkə yükdaşımalarında strateji mövqe tutur. Bu məsələdə tam qarşılıqlı anlaşma Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin inkişafı və tamamlanması baxımından mühüm şərtdir. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq bildirdi ki, İran Prezidenti ilə keçirdikləri görüşlər zamanı üçtərəfli əməkdaşlıq layihələri müzakirə olunub və onların arasında Şimal-Cənub nəqliyyat dəhlizi önəmli yer tutur. Dövlətimizin başçısı vurğulayıb ki, bu layihə bütün iştirakçı ölkələr üçün çox səmərəli olacaq və böyük fayda verəcək. Öz növbəsində, Azərbaycan artıq öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda ölkəmiz sadəcə olaraq, gələcəkdə yüklərin həcminin artacağını nəzərə alaraq, öz nəqliyyat imkanlarını və infrastrukturunu genişləndirməklə məşğuldur”.

Tarix
2025.04.30 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Əl-Salam Saray Muzeyini ziyarət etdi - Foto

İran XİN rəhbərinin müavini Azərbaycana gəlir

Bakıya gələn Netanyahuya Türkiyədən böyük jest

İlham Əliyev Hersoqa məktub göndərdi

Ceyhun Bayramov Küveytə yola düşdü

Pezeşkianın Bakı səfəri kimi narahat etdi? - Video

XİN-dən AŞ komissarına cavab: Qətiyyətlə rədd edirik!

Prezident Məhəmməd Yunusu İƏT-in iclasına dəvət etdi

Bu ölkələr “Ay layihəsi”nə qoşuldu: Siyahıda Bakı da var

Pezeşkian Bakıda oxuduğu şeirlə hansı mesajı verdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla