Yuxarı

ABB mobile tətbiqi daha da etibarlı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABB yeni təhlükəsizlik tədbirləri ilə ABB mobile tətbiqinin etibarlılığını maksimum səviyyəyə yüksəldir. Müştərilərin vəsaitlərinin təhlükəsizliyi üçün tətbiqdə qeydiyyat prosesi daha da gücləndirilib.

Artıq qeydiyyata SİMA identifikasiyası da əlavə olunub. Belə ki, tətbiqdə qeydiyyatdan keçmək istəyən hər bir istifadəçi kimliyini SİMA ilə də təsdiqləməlidir. Bu isə ikili autentifikasiya yaradaraq müştərilərin vəsaitlərini fırıldaqçılıq cəhdlərindən qoruyur. ABB mobile tətbiqinin hər bir istifadəçisi bu imkandan istifadə edə bilər.

Qeyd edək ki, ABB mobile tətbiqi Beynəlxalq Standartlaşdırma Təşkilatının (International Organization for Standardization - ISO) ISO:IEC 27001:2022 sertifikatına malikdir. “İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatı” adlanan bu sənəd tətbiqin bir çox meyarlar üzrə ətraflı təhlillərindən sonra ötən ilin sonlarında təqdim olunub. Bu beynəlxalq sertifikat da ABB mobile tətbiqi istifadəçilərinin məlumatlarının ən yüksək səviyyədə mühafizə edildiyini göstərir.

ABB mobile 2020-ci ildən müştərilərin istifadəsindədir. Hazırda tətbiqin 2 milyona yaxın istifadəçisi var.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.04.30 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu kəndlərin Azərbaycana qaytarılmasından 1 il ötür

Ceyhun Bayramov iki ölkənin səfiri ilə görüşdü

Mixalko sammitə görə Azərbaycanı təbrik etdi

Bakıya səfərimin əhəmiyyəti budur - Sibiqa

Ermənistanın Baş Qərargah rəisi də işğalda iştirak edib - Sübut

Lukaşenkodan Əliyevə: Buna zəmanət verən hökumətlər...

5 il əvvəl kimə desəydin ki… - Hikmət Hacıyev

Azad edilmiş ərazilərdə yaşayanların son sayı açıqlandı

Qəbiristanlıqların dağıdılması barbarlıqdır - Arutyunyan

Bakıda TDT-nin ikinci görüşü: Kommünike imzalandı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla