Yuxarı

Rusiyanın hərbi zavoduna zərbə endirildiyi təsdiqləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hərbçiləri Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində yerləşən “Energiya” zavoduna zərbə endiriblər. Zavod Rusiyanın raketləri, bombaları və xüsusi texnikası üçün detallar istehsal edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, zərbənin hədəfə dəydiyi təsdiqlənib, ard-arda partlayışlar qeydə alınıb və müəssisənin ərazisində yanğın başlayıb.

Ukrayna Baş Qərargahı bildirib ki, “Energiya” ASC-nin fəaliyyətinin dayanması Rusiyanın bəzi hərbi texnikaları və döyüş vasitələrini vacib enerji mənbələrindən məhrum edə bilər.

Qeyd edək ki, “Energiya” zavodu Rusiyada kimyəvi enerji mənbələrinin ən iri istehsalçılarından biridir. Bundan başqa, bu müəssisə planlaşdırılan və korreksiya olunan aviasiya bombalarına quraşdırılan modullar üçün batareyalar istehsal edən yeganə Rusiya şirkətidir.

Tarix
2025.05.24 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla