Yuxarı

Tramp siyasətə "yenilik" gətirib: Ramafos da təhqir edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ictimai diplomatiyaya yeni – “alçaldıcı teleşou” modelini gətirib.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms”da yayımlanan məqalədə deyilir.

Bildirilib ki, söhbət xarici liderlərin Ağ Evə dəvət edilməsi təcrübəsindən, ardınca isə danışıqlar zamanı ictimai təzyiq və manipulyasiyadan gedir.

Belə ki, belə bir şounun obyekti Cənubi Afrika Prezidenti Siril Ramafosa olub. O, iqtisadi məsələləri müzakirə etmək üçün Vaşinqtona gəlib, amma bunun əvəzinə nümayişkəranə təhqirə məruz qalıb. Tramp Cənubi Afrikada ağ fermerlərin kütləvi şəkildə öldürülməsi ilə bağlı uzun müddətdir təkzib edilmiş iddialara diqqət yetirərək, Ramafosanı Oval Ofisdə şübhəli məzmunlu videolara baxmağa məcbur edib.

Bu, ilk belə hadisə deyil - Ukrayna Prezidenti Vladimir Zelenski fevral ayında Trampın vitse-prezident Ceyms Di Venslə birlikdə Ağ Evdəki görüş zamanı ona açıq təzyiq göstərdiyi zaman oxşar vəziyyətlə üzləşib. Oxşar aqressiv ritorika Fransa lideri Emmanuel Makron və Kanadanın yeni Baş naziri Mark Karniyə qarşı da görülüb, baxmayaraq ki, bu epizodlar o qədər də ictimailəşməyib.

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton qeyd edir ki, prezidentin bu cür davranışı yalnız xarici tərəfdaşları qorxudur və ölkənin diplomatik münasibətlərinə xələl gətirir.

Tarix
2025.05.24 / 08:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov

İlham Əliyevin müraciəti BMT sənədi kimi yayıldı

Bayramov İordaniyanın XİN rəhbəri ilə görüşdü

Saakyandan “Hayastan” fondu ilə bağlı etiraf...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla