Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində şəffaflıq və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə "Açıq qapı" günü keçirilib.
Axar.az xəbər verir ki, tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olmuş, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat alıblar.
Qonaqlara gənc sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin xidmət zamanı göstərdikləri yüksək nizam-intizam barədə məlumat verilib.
Tədbir zamanı qonaqlar sərhədçilərin vətənə, xalqa və Müzəffər Ali Baş Komandana sədaqətindən, eləcə də yüksək peşəkarlıq səviyyəsindən məmnunluqlarını bildirib, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya valideynlərin iştirakı ilə fəxri fərman təqdim olunub, xatirə fotoşəkili çəkillib.