Yuxarı

Bakıda sərxoş kişi küçədə 2 xəstə qardaşı bıçaqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda iki qardaşa xəsarət yetirməkdə təqsirləndirilən Üzeyir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ü.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindəki parkda baş verib.

Şəhər sakini Ü.Məmmədov Dəniz adlı sevgilisi ilə birlikdə spirtli içki qəbul edərək parkdakı söhbətgahda əyləşərək yenidən yemək yeyib, içki qəbul etməyə başlayıb. Həmin vaxt söhbətgahda Nicat və Rəşad adlı iki qardaş da olub. Üzeyir söhbətgahda olan pişiyi söydüyü üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Üzeyir epilepsiya xəstəsi olan Rəşada bıçaqla xəsarət yetirib. Rəşadın epilepsiya keçirdiyini görən kar və lal olan qardaşı Nicat ona yardım etmək istəyərkən Üzeyir onu da bıçaqlayıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü.Məmmədov saxlanılıb.

Tarix
2025.05.02 / 10:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla əlaqələr dərin kökə malikdir - Netanyahu

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla