Yuxarı

Pulu talanır, iddia edir ki, bank məsuliyyət daşıyır... - Hacıyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pulu talanır, iddia edir ki, bank məsuliyyət daşıyır... - Hacıyev

Bank kartlarından vəsaitin oğurlanması kimi halların qarşısının alınması, birinci növbədə, hər bir şəxsin özündən asılıdır. Bunu dünya praktikası da təsdiq edir.

Axar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” adlı paneldə deyib.

O bildirib ki, son zamanlarda bank kartları ilə bağlı informasiya və təhlükəsizlik məsələləri gündəmdədir:

“Heç bir vətəndaş öz şəxsi məlumatlarını başqalarına ötürməməlidir. Bu istiqamətdə biz təbliğat və maarifləndirmə işlərini artırmışıq. Xaricdən daxil olan zənglər, yaxud hansısa alış-veriş saytlarında kart məlumatlarının açıq paylaşılması və sair kimi hallar bu cür oğurluq hallarına yol açır”.

E.Hacıyev vətəndaşlarla bank arasında bəzən mübahisələrin yarandığını qeyd edib:

“Vətəndaşın pulu talanır, iddia edir ki, bank məsuliyyət daşıyır. Bu, belə deyil, bankın təhlükəsizliklə bağlı hər hansı bir problemi yoxdursa, o zaman bankı günahlandırmaq doğru deyil”.

DİN rəsmisi aparılan mübarizənin nəticə verdiyinə də diqqət çəkib:

“Bu gün bu kimi dələduzluq hallarının sayı gündəlik 10-20 arasındadır. Əvvəllər bu rəqəm 50 civarında idi”.

Tarix
2025.05.02 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla