Yuxarı

Abşeronda müəllim borca görə özünü öldürdü - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:30

Abşeron rayonunda intihar hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaxış Ağayev mayın 2-də axşam saatlarında özünü yaşadığı evdə asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Məlumata görə, Ə.Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi olub. İki azyaşlı övlad atası olan müəllimin külli miqdarda kredit borcunun olduğu deyilir.

Məlumatda o da bildirilir ki, Ə.Ağayev yaxın günlərdə Mədəniyyət Nazirliyi tərəfindən attestasiyadan keçmək üçün imtahan verməli imiş.

***

Əlibaxış Ağayevin intiharının təfərrüatı məlum olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Ə.Ağayevin çoxlu borcu var imiş.

Üç övladı olan Əlibaxış Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi işləyir, 500 manat maaş alırmış. İlk nikahından bir oğlu olan Ə.Ağayev 10 il əvvəl ailəsindən ayrılıb. İkinci nikahdan isə iki oğul atası olan Əlibaxış borclarını ödəyə bilmirmiş. Onun təkcə 4 min manat aliment borcu varmış.

Əlibaxış işdən əlavə fəhləliklə 200-300 qazanırmış. Ancaq bütün bunlar onu yoxsulluqdan xilas edə bilməyib. Buna görə də psixikası pozulan Ə.Ağayev intihar edib.

Tarix
2025.05.03 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

Əliyevlə Tokayev bir-birini təbrik etdi

Bu ölkədə səfirliyimiz açıldı, nazir iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla