Yuxarı

Nərimanov İH-dən şikayət: 50 min cərimə var, icra etmirlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nərimanov İH-dən şikayət: 50 min cərimə var, icra etmirlər

Xəbər verdiyimiz kimi, Nərimanov Rayon İcra Hakimiyyətinin Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən 4,44 ha torpaq sahəsini eyni anda iki şirkətə satdığı iddia olunur. Ərazinin daha əvvəl satıldığı "Star City Construction" MMC şirkəti bununla bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı məhkəmə iddiası qaldırıb. İddia olunur ki, məhkəmə şirkətin lehinə qərar çıxarsa da, icra hakimiyyəti məhkəmə qərarını icra etməyib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı "Star City Construction" MMC şirkətinin hüquqşünası Etibar Paşayev Publika.az-a açıqlama verib.

O, bildirib ki, məhkəmə tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı cərimə müəyyən edilib. Lakin yenə də öhdəlik yerinə yetirilməyib və hələ də eyni ərazinin satıldığı digər şirkət olan “Ailə Park” MTK orada tikinti işlərinə davam edir:

“İllərdir ki, icra hakimiyyəti orqanları tərəfindən hüquqlarımız kobud şəkildə pozulmaqdadır. Hazırda qanuni qüvvəsini almış, ölkəmizin ən ali məhkəmə instansiyası olan Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən artıq 6 aydır ki, icra edilmir.

09.12.2024-cü ildə Nərimanov Rayon İcra Hakimiyyətinə xəbərdarlıq edilmişdi. Bildirilmişdi ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəlikləri icra etmədikdə, məhkəmə cərimə məbləği müəyyən edir. 120.3-cü maddəsinə uyğun olaraq cərimə 50 000 manatadək müəyyən oluna bilər və cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

Bütün bunlara baxmayaraq, yenə də Nərimanov Rayon İcra Hakimiyyəti məhkəmə qərarını icra etmir. Artıq hara, kimə, hansı dövlət orqanına müraciət etməyimizi bilmirik. Çünki, Nərimanov Rayon İcra Hakimiyyəti nə yuxarı orqanların, nə də məhkəmələrin qərar və tapşırıqlarını nəzərə almır”.

Tarix
2025.05.12 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla